Ev İdman Azərbaycan boksçusu Polşada yarımfinala yüksəldi

Azərbaycan boksçusu Polşada yarımfinala yüksəldi

25

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsinə yekun vurulub.Azərbaycan Boks Federasiyasının yaydığı məlumata görə, döyüşlərin yekununa əsasən yığmamızın bir boksçusu qələbə qazanıb.

66 kq çəkidə rinqə çıxan Şəhla Allahverdiyeva Asuteya Ausiuteni (Litva) 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Allahverdiyeva finala gedən yolda fransalı Fatia Benmessahellə üz-üzə gələcək.Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

Əvvəlki məqaləHotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları təsdiqlənib
Növbəti məqalədəLukaku “Çelsi”yə qayıtmaq istəmir