Ev İdman Azərbaycanın daha üç cüdoçusu Avstriyada mübarizəyə başlayır

Azərbaycanın daha üç cüdoçusu Avstriyada mübarizəyə başlayır

44

Bu gün Azərbaycanın daha üç cüdoçusu Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaq.

Oxu.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan Nurlan Osmanov 1/32 final mərhələsində Telmo Qomeşlə (Portuqaliya), eyni çəkidəki Rəşid Məmmədəliyev Daniel Seqado (İspaniya) ilə üz-üzə gələcək.81 kq-da mübarizə aparan Zelim Tçkayev isə 1/16 finalda Leon Tsilikin (Avstriya) – Dominik Ressel (Almaniya) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, Qran-prinin ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıblar.

Əvvəlki məqaləİran Milli Bankının Bakı filialının fəaliyyəti məhdudlaşdırılıb
Növbəti məqalədəReal Madrid” Mbappeni pulsuz transfer etməyi planlaşdırır