Ev Cəmiyyət Sədərəkdə yağan yağış evlərə ziyan vurdu

Sədərəkdə yağan yağış evlərə ziyan vurdu

42

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Qaraağac kəndi ərazisində güclü yağış səbəbindən bəzi fərdi yaşayış evlərinə yağış sularının dolması barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar dərhal əraziyə cəlb olunan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri görülüb.

Bundan əlavə, intensiv yağışların Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində törətdiyi fəsadların aradan qaldırılması tədbirləri Nazirliyin qüvvələri tərəfindən davam etdirilir.

Əvvəlki məqaləDSX-də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir
Növbəti məqalədəDünya Taekvondo Federasiyasının prezidenti: “Azərbaycan taekvondo ailəsi üçün mötəbər yerdir”