Qarabağ”ın futbolçusu Redon Cica Azərbaycan çempionu olmaları barədə fikirlərini bildirib.Albaniyalı futbolçu özünü möhtəşəm hiss etdiyini deyib:
“Çempion olmaq möhtəşəm hissdir. İlk vaxtlar komandaya uyğunlaşmaqda çətinlik çəkirdim. Amma zaman keçdikdə hər şey düzəldi. Növbəti mövsüm daha yaxşı olacağıma ümid edirəm. Bunun üçün əlimdən gələni edəcəyəm”, – Cica deyib.
Qeyd edək ki, “Qarabağ” tarixində 10-cu dəfə Azərbaycan çempionu olub. Cica bu ilin yanvarında Albaniyanın “Tirana” klubundan Ağdam təmsilçisinə transfer olunub. O, bu mövsüm Premyer Liqada 13 matçda bir qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.