Ev İdman Avropa Liqası: Bu gün mövsümün qalibi məlum olacaq

Avropa Liqası: Bu gün mövsümün qalibi məlum olacaq

32

Bu gün UEFA Avropa Liqasında 2022/2023 mövsümünün qalibi müəyyənləşəcək.

Həlledici matçda İspaniyanın “Sevilya” və İtaliyanın “Roma” klubları üz-üzə gələcəklər.

Görüş Macarıstanın paytaxtı Budapeştdə “Puşkaş Arena”da baş tutacaq və Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Bu, qitənin ikinci dərəcəli klub turnirində “Sevilya”nın 7-ci, “Roma”nın isə 2-ci finalı olacaq. İspanlar 6 finalın hər birində qalib gəliblər və bu göstəricidə rekordçudurlar. “Roma” isə heç vaxt bu kuboku əldə etməyi bacarmayıb.

Əvvəlki məqaləKür çayında bir nəfər batıb
Növbəti məqalədəMilli Məclisə “Banklar haqqında” qanuna dəyişikliklər paketi daxil olub