Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.
Bu gün Azərbaycanın daha üç idmançısı mübarizəyə başlayacaq.
80 kq çəki dərəcəsində yarışan Əliəskər Əliyev 1/16 final mərhələsində Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək.
87 kq-da çıxış edən Taleh Süleymanov eyni raundda Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) duelinin güclüsü ilə görüşəcək.
Qadınların yarışında Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova dayanq üzərinə çıxacaq. 49 kq-da qüvvəsini sınayan idmançı 1/16 finalda Çina Murakami (Yaponiya) – Jenna Ylonen (Finlandiya) görüşünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın üç idmançısı medal qazana bilməyib. Dünya çempionatı iyunun 4-də başa çatacaq.