Ev İqtisadiyyat Prezidentin ehtiyat fondu 40 faiz azaldılır

Prezidentin ehtiyat fondu 40 faiz azaldılır

30

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ehtiyat fondlarına ayırmalar 190,5 milyon manat və yaxud 31,2% azaldılaraq 610 milyon manatdan 419,5 milyon manata endirilir.

“Report” xəbər verir ki, bu, “2023-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Prezidentin ehtiyat fondu 200 milyon manat və yaxud 40% azaldılaraq 500 milyon manatdan 300 milyon manata endirilməsi, büdcənin ehtiyat fondunun isə 9,5 milyon manat və yaxud 8,6% artırılaraq 110 milyon manatdan 119,5 milyon manata qaldırılması nəzərdə tutulub.

Əvvəlki məqaləNeftçala sakininin evindən 8 kiloqrama yaxın marixuana aşkarlanıb 
Növbəti məqalədəKür çayında bir nəfər batıb