Ev Siyasət Nazir Zemfira Meftahətdinovanın yerinə rəis təyin etdi

Nazir Zemfira Meftahətdinovanın yerinə rəis təyin etdi

38

Daxili işlər orqanlarında kadr təyinatı olub.Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, dünya çempionu, cüdo üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının mükafatçısı olmuş polis polkovnik-leytenantı Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi təyin edilib.O, bu təyinata qədər DİN-in İdman Cəmiyyətinin baş inspektoru vəzifəsində xidmət edib.

Qeyd edək ki, mayın 30-dək Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi vəzifəsini Sidney Olimpiya Oyunlarının çempionu Zemfira Meftahətdinova tuturdu.

Əvvəlki məqaləAzərbaycan Prezidenti “Avropa siyasi birliyi”nin Zirvə toplantısı çərçivəsində işçi lançda iştirak edib
Növbəti məqalədəKamran Quliyev: “Gələn mövsüm tam başqa “Neftçi” olacaq”