Ev İdman Şəhriyar Məmmədyarov özbəkistanlı şahmatçı ilə üz-üzə gəldi

Şəhriyar Məmmədyarov özbəkistanlı şahmatçı ilə üz-üzə gəldi

120

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində bu gün növbəti oyununu keçirəcək.

38 yaşlı qrosmeyster IV turda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovla üz-üzə gələcək.

Ş.Məmmədyarov 2,5 xalla 9-cudur. Dörd xala malik N.Abdusattorov niderlandlı Aniş Giri ilə 5-6-cı yerləri bölüşdürür.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1,5, məğlub olan tərəf isə 1 xal əldə edir.

Əvvəlki məqaləBakıda buz meydançası istifadəyə verilib
Növbəti məqalədəRonaldu gələcək karyerasından danışdı