Ev Cəmiyyət Laçında bir tondan artıq çətənə kolu məhv edilib

Laçında bir tondan artıq çətənə kolu məhv edilib

106

Laçın rayonunun Zabux qəsəbəsində çəkisi 1 ton 250 kiloqram olan çətənə kolu məhv edilib.Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Zabux qəsəbəsinin ərazisində, eyniadlı çayın sahilində çətənə bitkiləri aşkar edilib.

Qeyd olunan ərazidə yabanı halda bitən çəkisi 1 ton 250 kiloqram olan 2850 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Əvvəlki məqaləHindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb
Növbəti məqalədəBu gün Bakının bir küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq