Ev Cəmiyyət Qazaxda beş tondan çox çətənə kolları məhv edilib

Qazaxda beş tondan çox çətənə kolları məhv edilib

42

Qazaxda çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Məzəm kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 5 tondan çox olan 12 500 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Əvvəlki məqaləAzərbaycanlı deputatlar Parisdə fransalı həmkarları ilə görüşəcəklər
Növbəti məqalədəBlinken: “İranın nüvə silahı əldə etməsinə icazə verilməməlidir”