Bu ilin yanvar-may aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 40,7 % artaraq 93,8 milyard ABŞ dollarına çatıb.
911.info.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Gömrük Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə Çinin Rusiyaya ixracının dəyəri 75,6 % artaraq 42,95 milyard ABŞ dolları, Çinin Rusiyadan idxalının dəyəri isə 20,4 % artaraq 50,85 milyard ABŞ dolları olub.
Hesabat dövründə Çin Rusiyaya əsasən smartfonlar, sənaye və ixtisaslaşdırılmış avadanlıqlar, oyuncaqlar, ayaqqabılar, nəqliyyat vasitələri, kondisionerlər və kompüterlər satıb, əvəzində neft, təbii qaz, kömür, mis filizi, taxta, yanacaq və dəniz məhsulları alıb.
Xatırladaq ki, 2022-ci ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 29,3 % artaraq 190 milyard ABŞ dolları təşkil edib.