Ev İqtisadiyyat Azərbaycanın tədiyyə balansının qalığı iki dəfədən çox artıb

Azərbaycanın tədiyyə balansının qalığı iki dəfədən çox artıb

34

Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi qalığı 3 milyard 453,8 milyon ABŞ dolları təşkil edib.Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 3 milyard 376,2 milyon dollarlıq qalıq (1 il əvvələ nisbətən 14,6% az), kapital hesabındakı 3,4 milyon dollarlıq qalıq (1 il bundan əvvəl kəsir olub), maliyyə hesabındakı 1 milyard 302,6 milyon dollarlıq qalıq (əvvəlki il kəsir olub), balanslaşdırıcı maddələr üzrə 1 milyard 228,4 milyon dollarlıq kəsir (3,7% çox) hesabına formalaşıb.

Əvvəlki məqalə“ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlərin sayı artırıldı
Növbəti məqalədəVüsal Qasımlıya müavin təyin edildi