Ev İdman Millimizin futbolçusu Cənubi Koreyada ayın oyunçusu seçilə bilər

Millimizin futbolçusu Cənubi Koreyada ayın oyunçusu seçilə bilər

36

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk formasını geyindiyi Cənubi Koreyanın “Tedjon Xana Sitizen” klubunda may ayının ən yaxşı oyunçusu seçilə bilər.

25 yaşlı müdafiəçi bu ada namizəd göstərilən üç oyunçudan biridir.

Qalib klubun “Instagram” səhifəsində azarkeşlər arasında keçirdiyi səsvermə nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, Anton Krivotsyuk “Tedjon Xana Sitizen”ə bu ilin fevralında Polşanın “Visla” (Plotsk) klubundan keçib. O, may ayında 5 oyun keçirib.

Əvvəlki məqaləSahibə Qafarova Numan Kurtulmuşu Azərbaycana rəsmi səfərə dəvət edib
Növbəti məqalədəÖlkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI