Ev Dünya Xersonda sakinlər xilas edilməyi gözləyirlər

Xersonda sakinlər xilas edilməyi gözləyirlər

47

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.O bildirib ki, Kaxovka Su Elektrik Stansiyasının bəndinin partladılmasından sonra Xerson vilayətində su basan yaşayış məntəqələrinin sayı 100-ə çatıb.

“Xerson şəhərində suyun səviyyəsi dünənkinə nisbətdə 2 metr artıb. Bildirilir ki, vəziyyətin belə davam edəcəyi təqdirdə şəhər tamamilə su altında qala bilər”, – deyə jurnalist əlavə edib.

O da bildirilib ki, vilayətin subasmaya məruz qalmış bəzi qəsəbə və kəndləri ilə əlaqə kəsilib. Həmin ərazilərdə sakinlər köməksiz vəziyyətdə qalıblar.

Əvvəlki məqaləVüsal Qasımlıya müavin təyin edildi
Növbəti məqalədəSahibə Qafarova Numan Kurtulmuşu Azərbaycana rəsmi səfərə dəvət edib