Ev İdman “Norway Chess”: Şəhriyar Məmmədyarov son oyununu keçirəcək

“Norway Chess”: Şəhriyar Məmmədyarov son oyununu keçirəcək

32

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində bu gün sonuncu oyununu keçirəcək.

38 yaşlı qrosmeyster IX turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələcək.Məmmədyarov ötən tur armageddonda norveçli Maqnus Karlsenə yenilib. O, hazırda 10 xalla səkkizinci pillədə qərarlaşıb. A.Giri isə 11,5 xalla beşincidir.

Qeyd edək ki, reqlamentə əsasən, birbaşa qələbəyə görə üç xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1,5, məğlub olan tərəf isə 1 xal əldə edir.

Əvvəlki məqalə“Mançester Siti” “Çelsi”nin ulduzunun razılığını aldı
Növbəti məqalədəAzərbaycan İtaliyadan təyyarələr alır