Peruda ilin əvvəlindən bəri ölkədə “denge” qızdırmasından 201 nəfər həyatını itirib.
Bu barədə Perunun Səhiyyə Nazirliyinin yaydığı hesabatda qeyd olunur.Hesabatda, həmçinin qeyd olunur ki, ümumilikdə 2023-cü ilin əvvəlindən ölkədə 130 826 “denge” xəstəliyinə yoluxma halı aşkarlanıb.Ən çətin vəziyyət Perunun şimalındakı Pyura departamentindədir. Burada 40 minə yaxın adam xəstələnib.
Məlumat üçün qeyd edək ki, “denge” virusdur. Daha çox tropik və subtropik regionlarda rast gəlinir. Xəstəliyin əlamətləri yüksək temperatur, ürəkbulanma, səpgi, baş və bel ağrısıdır.