Ev İdman “Əziz Şuşa” beynəlxalq velosiped yarışında dördüncü mərhələ başlayıb 

“Əziz Şuşa” beynəlxalq velosiped yarışında dördüncü mərhələ başlayıb 

98

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışında dördüncü mərhələ start götürüb.

“Report”un məlumatına görə, velosipedçilər Gəncədən mübarizəyə başlayıblar.12 komandanın 74 idmançısı Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km məsafə qət edərək, finişə birinci çatmağa çalışacaq.

Qeyd edək ki, ilk üç mərhələdən sonra turnirə italiyalı Emanuele Ansolini liderlik edir.

Əvvəlki məqaləZakir Həsənov azad edilmiş ərazilərdə komanda-qərargah təlimini izlədi
Növbəti məqalədəDünya bazarında neft qiymətləri