“Krasnodarda yollarda sizin öz zolağınız var, onunla sakitcə hərəkət edirsiniz. Bakıda isə dörd zolaqdan altısını, üçdən beşini düzəldirlər və hamı zolaqlar arasında maşın sürür”.
Bunları “Sabah”ın baş məşqçisi Murad Musayev “Sport24.ru” saytına müsahibəsində Bakıdakı avtomobil idarə etməyin çətinlikləri barədə danışarkən deyib.
Rusiyalı mütəxəssis bildirib ki, bəzən sürücülər dönmə siqnalı olmadan dönürlər:
“Buna öyrəşməyim uzun çəkdi. Mən artıq yerli mentaliteti, adət-ənənəni, mədəniyyəti yaxşı bilirəm. Yalnız iki şeyi başa düşmürəm: sürücülük tərzi və hakimliyi (gülür)”.
Qeyd edək ki, Murad Musayev ötən mövsüm “Sabah”ı ilk dəfə avrokuboklara çıxarıb.