Şuşa şəhərində keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının 2-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının həmsədri Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə bir sıra görüşlər keçirib.
İyunun 12-də maliyyə naziri Samir Şərifov Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Samir Şərifov Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın qərarı ilə yaradılmış Birgə İşgüzar Şuranın işini təqdir edib və Şuranın 2-ci iclasının ölkəmizin işğaldan azad olunmuş ərazisində, Qarabağın tacı Şuşa şəhərində keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb.