3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə bu gün yekun vurulacaq.Macarıstan millisi 1/4 finalda Rumıniya yığması ilə, Almaniya seçməsi isə Yaponiyanın “G FLOU” klubu ilə üz-üzə gələcək.
“Neftçi” klubu yarımfinalda Macarıstan – Rumıniya cütünün qalibi ilə görüşəcək. Niderland komandası isə Almaniya – “G FLOU” duelinin güclüsü ilə qarşılaşacaq.
Qarşılaşmalar saat 13:00-da start götürəcək.