Ev Cəmiyyət Qarqarçay çayına sel gəlib

Qarqarçay çayına sel gəlib

45

Qarqarçay çayına sel gəlib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Qarabağ ərazisində qeyri-sabit hava şəraiti gecə boyu davam edib.

Ağdam və ətraf rayonlarda şimşək çaxıb, ara bir leysan xarakterli yağış yağıb. Yağışlı hava şəraiti dağlıq və dağətəyi ərazilərdə intensiv və güclü olub.

Leysan yağışlar nəticəsində çaylarda sel təhlükəsi yaranıb. Hazırda Qarqarçay çayının Ağdam rayon ərazisindən keçən hissəsindən sel keçir.

Əvvəlki məqaləMN: “Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub”
Növbəti məqalədəDe Byazi seçimini edib: Azərbaycan millisi Estoniyaya qarşı üç hücumçu ilə oynayacaq