Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində Estoniyaya qarşı ev oyununda hücum futbolu oynamağa çalışacaq.
Oxu.Az xəbər verir ki, yığmanın baş məşqçisi Canni de Byazi meydana hücumameyilli heyət buraxacaq.Düzdür, kimlərin oynayacağı hələlik tam bəlli olmayıb. Lakin komandanın 4-3-3 taktiki sxemi ilə meydana çıxacağı dəqiqdir. Bu isə o deməkdir ki, eyni anda üç hücumçu meydanda olacaq. De Byazi irəli xətdə Mahir Emreli, Ramil Şeydayev, Renat Dadaşov triosuna güvənəcək.
Bu gün “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da start götürəcək.