Ev İdman Ərəblər portuqaliyalı yarımmüdafiəçini “Barselona”nın əlindən aldılar

Ərəblər portuqaliyalı yarımmüdafiəçini “Barselona”nın əlindən aldılar

119

“Vulverhempton”un futbolçusu Ruben Neveş karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Əl-Hilal” Portuqaliya millisinin üzvünün transferini bitirib.Ərəblər 26 yaşlı yarımmüdafiəçi üçün İngiltərə klubuna 50 milyon avro ödəyəcəklər. R.Neveş 3 illik müqaviləyə imza atacaq.

Keçidin bu həftə açıqlanacağı gözlənilir.

2017-ci ildən “Vulverhempton”da çıxış edən Rubven Neveş ötən mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 6 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun karyerasını “Barselona”da davam etdirəcəyi gözlənilirdi.

Əvvəlki məqaləErmənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutublar
Növbəti məqalədəDövlət qulluqçularının sayı və orta aylıq əməkhaqqısı açıqlanıb