Ev İqtisadiyyat OPEC-in baş katibi Azərbaycana gəlib

OPEC-in baş katibi Azərbaycana gəlib

102

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays iyunun 18-də Azərbaycana səfərə gəlib.

Oxu.Az-ın məlumatına görə, Haysam Əl-Qays iyunun 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Qonaq daha sonra Şəhidlər xiyabanına gedərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Əvvəlki məqaləİstehlaka yararsız tonlarla süd məhsulu məhv edilib
Növbəti məqalədəRezidenturaya qəbul imtahanının 2-ci cəhdi üçün qeydiyyat başlayıb