Ev Cəmiyyət Sel Tovuzu su altında qoydu

Sel Tovuzu su altında qoydu

46

Tovuz rayonunda güclü küləklə müşayiət olunan leysan yağışları fəsadlar törədib.

Rayonun Yuxarı və Aşağı Öysüzlü kəndləri, Qaziqulu kəndinin bir hissəsində sel suları fəsadlara səbəb olub. Güclü yağış və külək bir neçə evin yardımçı tikililərinin uçmasına səbəb olub. Elektrik enerjisinin verilişində fasilələr yaranıb.Sel ağacları da kökündən çıxarıb. Əhalinin təsərrüfatına ziyan dəyib. Bəzi sakinlərin ev quşları tələf olub. Evlərin zirzəmilərinə su dolub.

Kəndlərdəki su arxları daşıb. Nəticədə Qaziqulu kəndində küçə və kiçik körpülər su altında qalıb.

Əvvəlki məqaləXarici diplomatlar üçün Şuşaya səfər təşkil edilib 
Növbəti məqalədə“Real Madrid” 33 yaşlı hücumçu ilə müqavilə imzaladı