Ev Dünya Britaniyada çap edilmiş raket mühərriki sınaqdan keçirildi

Britaniyada çap edilmiş raket mühərriki sınaqdan keçirildi

35

Böyük Britaniyanın Edinburq şəhərində yerləşən “Skyrora” şirkəti 3D printerdə çap edilmiş raket mühərrikinin sınaqlarına başlayıb.

Printerin istifadəsi əvvəlki modellərlə müqayisədə mühərrikin istehsal müddətini yarıya endirib və xərcləri azaldıb. Əgər mühərrikin sınaqları uğurlu keçərsə, şirkət istehsalı artırmaq niyyətindədir.

Xatırladaq ki, mart ayında ABŞ-də demək olar ki, tamamilə 3D printerdə çap edilmiş “Terran-1” raketi buraxılıb, lakin mühərriklərdən birinin nasazlığı səbəbindən raket orbitə çıxa bilməyib.

Raketi istehsal edən “Relativity Space” şirkətinin veb-saytında qeyd edilib ki, “Terran-1”in 85%-i, o cümlədən onun doqquz mühərriki 3D printerdə çap edilib.

Əvvəlki məqaləSel axınında avtomobildə köməksiz qalan 1 nəfər xilas edildi
Növbəti məqalədəPrezident Bakı-Tbilisi-Qars ilə bağlı sazişi təsdiqlədi