Bu gündən 28 min müəllim üçün sertifikasiya imtahanı başlayır.
Onlardan 8 500 nəfəri Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfəri isə ibtidai sinif müəllimləridir.
Gün ərzində səhər və günorta olmaqla iki seans təşkil ediləcək.
Yaşı 60-dan yuxarı olan 5 700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etməyəcək. Test mərhələsi 13 şəhərdə yaradılan 23 mərkəzdə baş tutacaq.