Fransanın futbol üzrə millisinin hücumçusu Kilian Mbappe Avropa çempionatı – 2024-ün seçmə mərhələsinin dördüncü turunda Yunanıstanla oyunda qol vuraraq rekorda imza atıb.
Report xəbər verir ki, “Stad de Frans” stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı minimal hesablı qələbəsi ilə başa çatıb. 55-ci dəqiqədə Mbappe penaltini dəqiq yerinə yetirib.
Bu, hücumçunun 2022/23 mövsümündə bütün yarışlarda 54-cü qolu olub. O, PSJ-nin heyətində 56 oyuna çıxıb və 41 qol vurub, milli ilə daha 13 qol vurub.
Bu, bir fransalı futbolçunun bir mövsümdə vurduğu qollar üzrə yeni rekorddur. Əvvəlki nailiyyət 1958-ci ildə 53 qol vuran Juste Fontenə məxsus idi. 1958-ci il Dünya Kubokunda Fonten 13 qol vurub ki, bu da hələ də bir turnir üçün ən yaxşı nəticədir.
Fransa millisi Yunanıstan üzərində qələbədən sonra 12 xal toplayıb və B qrupunun turnir cədvəlində liderdir. Yunanlar üç oyundan sonra altı xal toplayaraq ikincidir.
Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.