Ev İqtisadiyyat Mərkəzi Bank uçot dərəcəsi barədə qərarını AÇIQLADI

Mərkəzi Bank uçot dərəcəsi barədə qərarını AÇIQLADI

42

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 9% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Bu barədə AMB xəbər yayıb.Məlumata görə, faiz dəhlizinin aşağı həddi 7,5%, yuxarı həddi isə 10% olmaqla dəyişdirilmədən saxlanılıb.

“Bu qərar makroiqtisadi proqnozlar, inflyasiyaya təsir göstərən amillər və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul edilib”, – deyə AMB bəyan edib.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 26-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Əvvəlki məqaləRövşən Nəcəf: “Təcrübə təkmilləşməsə, biliklərlə zənginləşməsə, lazım olan nəticəni verməyəcək”
Növbəti məqalədəAlmaniya prezidenti “Zərifə Əliyeva” gəmi-bərəsində olub