“Təcrübə təkmilləşməsə, biliklərlə zənginləşməsə, lazım olan nəticəni verməyəcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İnsan Resursları Zirvəsində “Köçü qarşıla” mövzusundakı paneldə çıxışı zamanı bildirib.Onun sözlərinə görə, SOCAR-ın “Xaricdə təhsil” proqramı çərçivəsində təhsil alanlar indi onlarla birlikdə çalışırlar:
“Öyrəndikləri biliklər və şirkətimizdəki təcrübə ilə SOCAR-ın inkişafına töhfə verirlər. Bu uğur şirkətimizindir. Məqsədimiz bilik və bacarığı bir araya gətirərək, SOCAR-ın qarşısına qoyduğu hədəflərə nail olmaqdır”.










