“Zirə” baş məşqçisi Rəşad Sadıqovla yeni müqavilə imzalayıb.
Paytaxt təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, 41 yaşlı mütəxəssis başa çatan sözləşməsinin müddətini 2025-ci ilin yayınadək uzadıb.Onunla yanaşı, məşqçilər korpusunda yer alan digər mütəxəssislərlə bağlı da eyni qərar verilib.
Qeyd edək ki, Rəşad Sadıqov 2020-ci ilin iyulundan “Zirə”yə rəhbərlik edir. Komanda ötən mövsüm futbol üzrə Azərbaycan Premyer Liqasını 5-ci pillədə başa vurub.