Ev İqtisadiyyat Ələt-Astara-İran sərhədi magistral yolunun bir hissəsi əsaslı təmir edilib 

Ələt-Astara-İran sərhədi magistral yolunun bir hissəsi əsaslı təmir edilib 

29

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi köhnə Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən 10 kilometrlik (103-113-cü km) hissəsini əsaslı şəkildə təmir edib.Bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, təmir çərçivəsində yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu işlərinin görülməsi, hamarlayıcı layın tikintisi işləri yekunlaşdırılıb və yeni asfalt-örtüyünün döşənməsi işləri icra olunub.Sonda yol çiyinlərinin bərkidilməsi işləri yerinə yetirilib, yolcizgi və yolgöstərici xətlər çəkilib, zəruri yol nişanları quraşdırılıb.

Xatırladaq ki, 2-ci texniki dərəcəli sözügedən hissənin eni 15 metrdir. Bura 9 metr hərəkət hissə və hər bir istiqamət üzrə 3 metr enində çiyin hissələr daxildir.

Əvvəlki məqaləParisdə baş verən partlayışda yaralananların sayı 50-yə çatıb
Növbəti məqalədəNazirlərin iyul ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb