Ev Cəmiyyət VI Beynəlxalq Musiqi Festivalı davam edir

VI Beynəlxalq Musiqi Festivalı davam edir

44

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının 4-cü günündə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Kadenza Orkestri (Cadenza Contemporary Orchestra) çıxış edib. 

Gecə çağdaş Azərbaycan və dünya musiqisinin sintezi üzərində qurulub. Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Kadenza Orkestri iki istiqamət üzrə fəaliyyət göstərir: musiqi maarifçiliyi və məşhur beynəlxalq musiqi festivalları və mərkəzləri ilə yaradıcılıq əlaqələrinin yaradılması və bununla da Azərbaycan musiqisinin təbliği. 

Daş Salnamə Muzeyində isə “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində özbək milli klassik musiqi ənənəsini davam etdirən müğənni və musiqiçi İlyos Arabov və tacik dövlət ansamblının solisti, 5-ci Beynəlxalq Muğam Festivalında solo ifa nominasiyası üzrə laureat Sardor Soliyev çıxış ediblər.  

Əvvəlki məqaləBakıda aparılan qanunsuz tikintilərin qarşısı alındı
Növbəti məqalədəŞuşada Bülbülün xatirəsi anılıb