Ev Cəmiyyət Xocəsəndə açıq ərazidəki yanğın söndürüldü

Xocəsəndə açıq ərazidəki yanğın söndürüldü

46

Paytaxtın Xocəsən qəsəbəsində açıq ərazidə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində açıq ərazidə təkər tullantılarının yanması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əvvəlki məqaləCənub sərhədində silah səsləri eşidildi
Növbəti məqalədəSabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək