Ev İdman Böyük Dəbilqə: Azərbaycanın üç cüdoçusu yarışı medalsız bitirib

Böyük Dəbilqə: Azərbaycanın üç cüdoçusu yarışı medalsız bitirib

39

Azərbaycanın üç cüdoçusu Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən Böyük Dəbilqəni başa vurub.

73 kq çəki dərəcəsində mübarizə aparan idmançılardan Nurlan Osmanov təsəlliverici görüşdə Vallteri Olinə (Finlandiya), İbrahim Əliyev eyni raundda yerli cüdoçu Erdenebayar Batzayaya uduzub.

81 kq-dakı Zelim Kotsoyev ilk dueldə Conqhun Vona (Cənubi Koreya) yenilərək mübarizəni dayandırıb.

Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb. Böyük Dəbilqə iyunun 25-də başa çatacaq.

Əvvəlki məqaləPriqojin: ” “Vaqner” Rostovu blokadaya alacaq və Moskvaya gedəcək”
Növbəti məqalədəDövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edib