Ev Cəmiyyət Müəllimlərin sertifikatlaşdırma imtahanları bu gün başa çatır

Müəllimlərin sertifikatlaşdırma imtahanları bu gün başa çatır

47

Bu gün müəllimlərin sertifikatlaşdırma imtahanları başa çatır.

İyunun 24-də dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün sonuncu imtahanlar keçirilir.

Prosesə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunub.

Test imtahanları ölkə üzrə 13 müxtəlif şəhərdə təşkil edilmiş 23 mərkəzdə keçirilir.

Qeyd edək ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişaf prosesidir. Sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə və bacarıq sərgiləyirlər.

Əvvəlki məqaləVladimir Putin bu gün xalqa müraciət edəcək
Növbəti məqalədə“Vaqner” hərbi kolonu Voronej vilayəti istiqamətində hərəkət edir