“Vaqner” rəhbəri Yevgeni Priqojin Cənub Hərbi Dairəsinin qərargahında müdafiə nazirinin müavini Yunus Bek Yevkurov və Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin rəisinin birinci müavini general-leytenant Vladimir Alekseyevlə görüşüb.
Bu barədə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin teleqramda yaydığı videomüraciətdə bildirib. O deyib ki, biz qərargahdayıq, Rostovun hərbi obyektləri, o cümlədən aerodrom nəzarətimiz altındadır.
Priqojin bildirib ki, ona Baş Qərargah rəisi Gerasimov və müdafiə naziri Sergey Şoyqu verilsin, əks halda, “Vaqner” Rostovu blokadaya alacaq və Moskvaya gedəcək.