Ev Dünya “Vaqner” hərbi kolonu Voronej vilayəti istiqamətində hərəkət edir

“Vaqner” hərbi kolonu Voronej vilayəti istiqamətində hərəkət edir

44

“Vaqner” özəl hərbi şirkətinin hərbi texnika kolonu Rusiyanın Voronej vilayəti istiqamətində hərəkət edir.

Bu barədə Voronej vilayəti hökumətinin “Telegram” kanalında məlumat verilib.

“Hərbi texnika karvanı M-4 “Don” federal magistral yolu ilə hərəkət edir. Biz Voronej vilayətinin bütün sakinlərindən M-4 “Don” federal magistralından və fərdi avtomobillərdən müvəqqəti istifadə etməməyi xahiş edirik”, – deyə məlumatda deyilir.

Bundan başqa Rossoşanski bələdiyyə dairəsi administrasiyasının rəhbəri Yuri Mişankov öz “Telegram” kanalında sakinlərə müraciətində evlərindən çıxmamağı və avtomobillərdən istifadə etməməyi xahiş edib.

Əvvəlki məqaləMüəllimlərin sertifikatlaşdırma imtahanları bu gün başa çatır
Növbəti məqalədə“Əməliyyat-taktiki fakültənin dinləyicilərinin buraxılış mərasimi keçirilib”-MN