Ev İdman Qabriela Ramos: “Azərbaycan idmanı bir yerə toplamaq üçün çox gözəl məkandır”

Qabriela Ramos: “Azərbaycan idmanı bir yerə toplamaq üçün çox gözəl məkandır”

37

Azərbaycan idmanı bir yerə toplamaq üçün çox gözəl məkandır. Ölkənizin güclü liderliyi var”. 

Bunu jurnalistlərə açıqlamasında UNESCO-nun baş direktorunun MINEPS VII Konfransı üçün Bakıya gələn sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos deyib. 

Xatırladaq ki, Azərbaycan paytaxtında Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) işinə başlayır. Q.Ramos konfransın əhəmiyyətindən danışıb: 

“Bu, qlobal idman konfransıdır. Bir neçə müddətdir Azərbaycanla işləyirik. Bütün dünya üzrə idmanın həm sosial-humanitar səviyyədə, həm də iqtisadi baxımdan bərabərləşdirilməsi vacibdir. Biz bir layihə hazırlamışıq. Bu, “Fit for Life” (“Həyat üçün İdman”) adlanır. Layihə bütün dünyada idmanın bərabər şəkildə paylaşılması və hər kəs üçün əlçatan olmasını nəzərdə tutur”. 

Qeyd edək ki, iyunun 29-dək davam edəcək konfransın yekununda UNESCO-nun idman təşəbbüsü olan “Fit for Life” layihəsindən irəli gələn “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. “Fit for Life” layihəsinin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yüksəldilməsi, COVID-19 pandemiyasının yaratdığı neqativ təsirlərin aradan qaldırılması, fiziki fəaliyyətsizliyin azaldılması üzrə siyasətlərin hazırlanmasından ibarətdir.

Əvvəlki məqaləXİN sözçüsü: “Ermənistanla danışıqların növbəti raundu üçün görüşlər sabah başlayacaq”
Növbəti məqalədəMikayıl Cabbarov: “Şanlı Ordumuz qürur mənbəyimizdir”