Ev Manşet XİN sözçüsü: “Ermənistanla danışıqların növbəti raundu üçün görüşlər sabah başlayacaq”

XİN sözçüsü: “Ermənistanla danışıqların növbəti raundu üçün görüşlər sabah başlayacaq”

43

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla danışıqların növbəti raundunda iştirak etmək üçün ABŞ-yə işgüzar səfər edib.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, danışıqların növbəti raundu üçün görüşlərin sabah keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

Tərəflər arasında son görüş mayda keçirilib.

Əvvəlki məqaləMisirdə 14 mərtəbəli bina çökdü: Dağıntı altında qalanlar var
Növbəti məqalədəQabriela Ramos: “Azərbaycan idmanı bir yerə toplamaq üçün çox gözəl məkandır”