Lənkəranda 24 yaşlı oğlan dənizdə batıb.“Report”un məlumatına görə, hadisə rayonunun Sütəmurdov kəndi ərazisində, dəniz sahilində qeydə alınıb.Belə ki, FHN-ə daxil olan məlumat əsasında Cənub Regional Mərkəzinin Sularda Xilasetmə dəstəsi əraziyə cəlb olunub. Yerli sakinlərin də iştirakı ilə batan gəncin xilasetmə axtarışı aparılıb.
Nəticədə rayonun Cil kənd sakini 1999-cu il təvəllüdlü Fərid Qulam oğlu Yaqubzadə huşsuz vəziyyətdə sudan çıxarılıb və Təcili Tibbi Yardım briqadasına təhvil verilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.