“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Belarus ərazisindədir.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko məlumat verib.“Bəli, doğrudan da, Priqojin bu gün Belarusdadır”, – deyə Lukaşenko qeyd edib.
O əlavə edib ki, Rusiya hakimiyyəti tərəfindən verilən təhlükəsizlik zəmanətləri yerinə yetirilib. Aleksandr Lukaşenko, həmçinin, təsdiqləyib ki, bir müddət ölkədə qalmaq istəyən “vaqnerçi”lərə kömək etməyə hazırdır.