ABŞ Konqresi tərəfindən yaradılmış və bəyan olunan məqsədinin insan haqlarının beynəlxalq miqyasda təşviq edilməsi olduğu deyilən Tom Lantos Komissiyasının Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı bu yaxınlarda keçirdiyi dinləmələrlə bağlı Qərbi Azərbaycan İcmasının ciddi narahatlıqları var”.Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.Bəyanatda həmçinin qeyd edilib:“Əvvəla, vurğulayırıq ki, Ermənistan və Azərbaycan arasında vəziyyət haqqında müfəssəl və dəqiq anlayışın olması çox vacibdir. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi insan haqları pozuntuları çox böyük miqyasa malikdir və misilsizdir.Ermənistan 1987-91-ci illərdə bütün azərbaycanlıları öz ərazisindən qovub, ardınca Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiq edərək, onun ərazilərinin 20 faizini işğal edib. Bütün bunlar nəticəsində, Ermənistandan 300 minə yaxın azərbaycanlı qaçqın düşüb və işğal olunmuş Azərbaycan ərazilərdən 700 min azərbaycanlı didərgin düşüb.