Ev Manşet İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı bayram münasibətilə təbrik edib

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı bayram münasibətilə təbrik edib

37

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

AZƏRTAC xəbər verir ki, dövlət başçıları bir-birini və xalqlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar.

Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, müttəfiqlik əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Əvvəlki məqaləTalış kəndində otuz ildən sonra ilk dəfə qurban kəsilib
Növbəti məqalədəAvropa Oyunları: Azərbaycan idmançısı 6-cı oldu