Ev İdman Tovuz şəhər stadionunda yenidənqurma işlərinə start verilib

Tovuz şəhər stadionunda yenidənqurma işlərinə start verilib

37

“Turan Tovuz” klubuna məxsus Tovuz şəhər stadionunda abadlıq və yenidənqurma işlərinə start verilib.

Klubdan “Report”a verilən məlumata görə, stadion ərazisində ikimərtəbəli yeni bina inşa olunur.“Turan Tovuz” Futbol Akademiyasının sərəncamına veriləcək binada yataq otaqları, akademiya məşqçiləri üçün iş və nəzəri məşğələ otaqları, konfrans və fitnes zalları, tibb və digər zəruri otaqlar yer alacaq.

Bununla yanaşı projektorların quraşdırılması işlərinə də start verilib.

Əvvəlki məqaləBu il Bakıda Beynəlxalq KOB Forumu keçiriləcək
Növbəti məqalədəAzərbaycan Ordusunun əsgərinin yaralanması ilə bağlı cinayət işi başlanılıb