Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən III Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə sürətli atəş açmada qüvvəsini sınayıb.
“Report”un məlumatına görə, ikiqat Avropa çempionu təsnifat mərhələsinin birinci günündə 6-cı yeri tutub.Snayper 300 mümkün xaldan 292-ni toplayıb.Azərbaycanın qadın atıcıları Ülviyyə Eyvazova və Aydan Camalova isə trap yarışlarına start veriblər.İdmançılar təsnifat mərhələsinin 1-ci günündə çıxış ediblər.
30 idmançı arasında Aydan Camalova 75 hədəfdən 68-ni dəqiq nişan almaqla 18-ci, Ülviyyə Eyvazova isə 64 dəqiq atəşlə 26-cı yeri tutub.Qadın atıcılar iyunun 30-da təsnifat mərhələsinin ikinci günündə mübarizə aparacaqlar