Ev İdman “Çelsi” 18 yaşlı braziliyalı futbolçunu 15 milyon avroya alıb

“Çelsi” 18 yaşlı braziliyalı futbolçunu 15 milyon avroya alıb

31

“Çelsi” 18 yaşlı “Santos”un hücumameyilli yarımmüdafiəçisi Anjelonu heyətinə daxil edib.Transfer məbləği 15 milyon avro olacaq. Müqavilə 2029-cu ilə qədər bağlanıb.

Məlumata görə, braziliyalı oyunçu London klubunda mövsümöncəsi məşq keçəcək, daha sonra oyun təcrübəsi toplamaq üçün icarəyə göndəriləcək.Qeyd edək ki, futbolçu 2020-ci ildən “Santos”da çıxış edib. O, 129 oyun keçirib, 5 qol vurub, 10 məhsuldar ötürmə edib.

Əvvəlki məqaləLeyla Abdullayeva “AzTV” əməkdaşlarına hücumu qınayıb
Növbəti məqalədəAzərbaycan nefti bahalaşıb