İranın rabitə naziri internetə qoyulmuş məhdudiyyətlə bağlı vətəndaşların iradları qarşısında pərt olub.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.İranın rabitə naziri İsa Zarepur deyib:“Telefonunuzu çıxarın, internetin işləmədiyini mənə göstərin!”
Vətəndaş isə nazirə tutarlı cavab verib:“Yükləməni bağladınız, “Cloudflare”ni bağladınız, SNI-ni kəsdiniz, qlobal xidmətləri filtrlədiniz, hər şeyi məhdudlaşdırdınız?!”