Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakı Yay Enerji Məktəbinin açılış mərasimində iştirak edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı o, “Twitter” səhifəsində paylaşım edib.Paylaşımda bildirilir:
“Sənaye və enerji məsələlərini müzakirə etmək məqsədilə dünyanın tanınmış alim, mütəxəssis, siyasətçilərini bir araya gətirən, enerji sektorunda gənc liderlərin ixtisaslaşmasında mühüm rol oynayan Bakı Yay Enerji Məktəbinin açılış mərasimində iştirak etməkdən məmnunluq duydum”.